Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2024 / 09:18

İSVEÇRƏDƏ RUSİYANIN İŞTİRAKI İLƏ UKRAYNA ÜZRƏ YENİ SÜLH SAMMİTİNİN KEÇİRİLMƏSİNİ TƏKLİF ETDİLƏR

Konfederasiyanın prezidenti Viola Amherd bildirib ki, İsveçrə hakimiyyəti Bürgenstokda keçirilən “sülh sammitindən” sonra Ukrayna ilə bağlı yeni konfrans təşkil etməyi planlaşdırır.

“Biz Ukraynada uzunmüddətli və davamlı sülhə nail olmaq üçün geniş dəstəklənən prosesə başlamaq və Rusiyanın iştirakı ilə gələcək sülh sammitinə şərait yaratmaq istəyirik”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, regionda sülhə nail olmaq və daha da möhkəmləndirmək üçün real tədbirlər yalnız bütün ölkələrin, o cümlədən Rusiyanın birgə hərəkətləri şərti ilə mümkündür.

Amherd həmçinin bildirib ki, Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransa Avropa və Şimali Amerika, Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadan 90 ölkə qeydiyyatdan keçib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!