Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilən yeni qərara əsasən, bu gündən etibarən içki məhsullarının etiketlərində “şəkərsiz” ifadəsinin istifadəsi qadağan olunub.
Tezadlar.az xəbər verir ki, yeni tənzimləmə əsasən, kola, meyvə suyu, limonad və digər oxşar içkilərdə istər təbii, istərsə də süni şəkər və ya şirinləşdirici olsa belə, məhsulun üzərində “şəkərsiz”, “şəkər əlavə olunmayıb” və ya “əlavə şəkər yoxdur” kimi ifadələr yazıla bilməz. Qaydaya əməl etməyən məhsullar satışdan çıxarılacaq.
Nazirlik bu qərarı Türk Qida Kodeksinin müvafiq bəyanat qaydalarında etdiyi dəyişikliklə əsaslandırıb. Bildirilir ki, bəzi istehsalçılar xurma, bəhməz kimi təbii şəkərlə şirinləşdirilmiş məhsullara da “şəkərsiz” yazaraq istehlakçını çaşdırır. Yeni qaydalara əsasən, belə hallarda konkret şəkər mənbəyi etiketdə açıq şəkildə göstərilməlidir.