Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynaya səfər edən Britaniya şahzadəsi Anna, ehtimal ki, III Çarlzın məktubunu ölkə prezidenti Vladimir Zelenskiyə çatdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşr qeyd edir ki, Anna Ukrayna liderinə zərf verib.
“Şahzadə Zelenskiyə arxa tərəfində qırmızı kral gerbi olan, çox güman ki, kralın şəxsi məktubu olan möhürlənmiş zərf verdi”, – jurnalistlər yazır.
Bundan əvvəl Zelenskinin Kiyevdə Böyük Britaniya kralı III Çarlzın kiçik bacısı şahzadə Anna ilə görüşdüyü bildirilmişdi. Britaniya şahzadəsi səfəri zamanı Uşaq Hüquqlarını Müdafiə Mərkəzində olub.
E.ŞİRİNOV