1 Sentyabr 2025 / 15:00

İki təyyarə toqquşub – ABŞ-da

ABŞ-ın Kolorado hava limanına enməyə cəhd edən iki təyyarənin havada toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) məlumat yayıb.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, hər iki pilot eyni vaxtda Fort Morgan Bələdiyyə Hava Limanının uçuş-enmə zolağına enməyə cəhd edərkən iki təyyarə – Cessna 172 və Extra EA-300, hər birində iki nəfər var – bir-birinə çırpılıb.

Zərərçəkənlərdən biri həyatı ilə bir araya sığmayan xəsarətlər alıb.

Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər hadisə şahidləri təyyarələri söndürməyə kömək etməyə çalışsalar da, onlardan demək olar ki, heç nə qalmayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!