25 Avqust 2025 / 19:12

“İlham, Siz böyük lidersiniz…”- Donald Tramp

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirirəm”. Tezadlar.az  bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında paylaşım edib. Sitat: “Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”, – dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Trampın Prezident İlham Əliyevə göndərdiyi fotoların üzərində belə yazılıb: “Ilham, You are Great Leader” (“İlham, Siz böyük lidersiniz”).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!