8 Fevral 2026 / 08:36

“İmedi” TV 632 manata bu şəxsə satıldı- İNANILMAZ QİYMƏT

Gürcüstanda məşhur “İmedi” televiziya şirkəti simvolik qiymətə — 1000 lariyə satılıb. Sahibkarlar reyestrinin son məlumatlarına əsasən, telekanalın sahibi “Georgian Media Production Group” (“GDS”) şirkətidir. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, məlumata görə, “Georgian Media Production Group” şirkəti “Prime Media Global” tərəfindən satın alınıb. Həmin şirkətin sahibi İlia Mikelaişvilidir. Bununla da Mikelaişvili hazırda “İmedi”nin yeni sahibi hesab olunur. Rəsmi sənədlərdə bildirilir ki, alıcı tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Georgian Media Production Group” MMC-nin 100 faiz payını əldə edir. Şirkətin maliyyə vəziyyəti nəzərə alınaraq satış qiyməti simvolik məbləğ — 1000 lari olaraq müəyyənləşdirilib.

İlia Mikelaişvilinin sözlərinə görə, kanalın mövcud redaksiya siyasəti və holdinqdə çalışan hər bir işçinin hüquqları qorunacaq: “İctimaiyyətə məlum olduğu kimi, Prime Media Global illərdir Gürcüstan media bazarında fəaliyyət göstərir və bu istiqamətdə ölkədə böyüyən şirkətlərdən biridir. İş adamı İrakli Ruxadze ilə uzunmüddətli danışıqların uğurla başa çatmasından və nəticədə İmedi TV və onun holdinqindəki digər media qurumlarının artıq Prime Media Global-a məxsus olmasından məmnunam”, – deyə Mikelaişvili qeyd edib.

Xatırlatma:  iş adamı İrakli Ruxadze “Honeywell Partners” şirkətinin “Tele-İmedi”dən ayrıldığını açıqlayıb. Onun sözlərinə görə, tərəfdaşlarla aparılan uzun və gərgin müzakirələrdən sonra mövcud şəraitdə ən məntiqli addımın “İmedi” ilə əməkdaşlığa son vermək olduğu qərara alınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!