Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 May 2025 / 10:32

İmişli ağsaqqallarının başçısı Saleh Səmədov görün nələrlə məşğul olurmuş-İNANILMAZ

…Qalmaqal bitmir… Məlum olur ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etmişdir… Neçə gündür ağsaqqala ciddi iradlar, təhdidlər və s. yağış kimi yağır mediada… Amma sonradan məlum olur ki, hamıya, o cümlədən İmişlinin əliqabarlı zəhmət adamlarına, sadə vətəndaşlarına və kasıb-kusuba nümunə olmalı olan ağsaqqalların sədri Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası, balıq yetişdirmə vətəgəsi və s. vardır.
Olsun! Varlığa və səlahiyyətə, ağsaqqala hörmətə görə nə darlıq. Çünki bir zamanlar 90 AA 679 nömrəli “Rolls Royce” sürən ağsaqqalın paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.
Maraqlıdır ki, ağsaqqalın iki medalı da var. “General Həzi Aslanov” yubiley medalı – 28 iyun 2024; “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)” yubiley medalı – 28 iyun 2024
Deyilmir, var! Bunu tezadlar.az-a yazan sosial media istifadəçisi də qeyd edir, ünvanları da nişan verir…
Nə isə. Bu da hamıya nümunə olmalımız, korrupsiya hüquqpozmalarından uzaq durmağı gənclərə məsləhət görməlimiz…
“Təzadlar”

P.S.Saleh Səmədov 1962-ci ilin iyun ayının 27-də İmişli şəhərində anadan olmuşdur. 1969-1980-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəbdə orta təhsil almışdır. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirmişdir. Saleh Səmədov əmək fəaliyyətinə 1980-81-ci illərdə İmişli Rayon Yol İstehsalat İdarəsində fəhlə kimi başlamışdır.

1983-85-ci illərdə İmişli Rayon Rabitə və İşarəvermə Stansiyasında anbar müdiri, 1985-86-cı illərdə İmişli Rayon “Yol Restoran” Birliyində bufetçi, 1986-87-ci illərdə Bakı Şəhər “Azərkitab” Birliyi 1 saylı kitab mağazasında satıcıişləmişdir.

1987-92-ci illərdə Bakı Şəhər 4 saylı Kolxoz Bazarında tədarük-satış müəssisəsinin müdiri, 1992-93-cü illərdə Bakı ŞİH Aqrar Məhsulları Bazar Ticarəti İdarəsinin baş direktoru, 1993-95-ci illərdə Bakı Şəhəri “Ozan” Kiçik Müəssisəsinin direktoru, 1995-96-cı illərdə Bakı Şəhər Ticarət İctimai İaşə Baş İdarəsinin rəis müavini, 1996-98-ci illərdə Bakı Şəhər Səbayıl Rayon Ticarət və İctimai İaşə Baş idarəsinin baş direktoru, 1998-99-cu illərdə Bakı Şəhəri İstehlak Bazarı Xidməti Departamentinin Nərimanov Rayon Şöbəsinin rəisi, 1999-2001-ci illərdə Bakı Şəhəri “FM-RUS” Kommersiya Firmasının direktoru, 2001-2002-ci illərdə Bakı Şəhəri İstehlak Bazarı və Xidməti Departamentinin Ekspertiza və Sertifikatlaşdırma İdarəsinin rəisi vəzifələrində işləmişdir. Saleh Səmədov 2002-2006-cı illərdə İmişli Rayon “Araz” MMC firmasının təsisçi olmuşdur. 2006-2008-ci illərdə Naftalan Şəhər İcra Hakimiyyətində[2] baş iqtisadçı, 2008-2009-cu illərdə “Xan-Araz” MMC-də direktor, 2009-2010-cu illərdə İmişli Rayon Məşğulluq Mərkəzində direktor, 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində[3] Başçının Sosial-İqtisadi Məsələlər Üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləmişdir. Saleh Səmədov 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 4 övladı var.

SUAL OLUNUR: bu qədər məsul vəzifələrdə çalışan şəxs hərəkətində niyə naşılığa yol verib???

(Şəkildə: S.Səmədov ortada)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!