Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Milli Məclisin saytında maraqlı faktlara rast gəlirik… Belə ki, deputatlığına çoxdan xitam verilmiş bəzi şəxslər hələ də MM-in rəsmi saytında deputat kimi qalmaqdadır.
Bunun səbəbini bilmirik, amma hesab edirik ki, bu həqiqətən də ciddi bir məsələdir! Tezadlar.az xatırladır ki, məsələn, yerli əhalimiz kimin deputatlığına xitam verildiyini yaxşı bilir, amma xarici ölkələrin sakinləri, yaxud sosial şəbəkə istifadəçiləri bunu hardan bilsin? Məsələn, araşdırma apardıq, məlum oldu ki, MM-in rəsmi saytında deputatlığına son verilmiş Bəxtiyar Sadıqov, eləcə də Etibar Hüseynov hələ də Milli Məclisin deputatı kimi qalmaqdadır.
Parlamentin aidiyyəti texniki personalı yəqinki bu suala cavab verəcək. Amma bütün hallarda bu ciddi uyğunsuzluq və çaşqınlıq aradan qaldırılmalıdır!
“Təzadlar”
