Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin ilk 6 ayı ərzində – yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8073,5 milyon manat investisiya yönəldilib.
TEZADLAR.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, investisiyaların 2320,5 milyon manatı neft-qaz sektorunun, 5753,0 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb.
Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1162,3 milyon manatı (ümumi sərmayənin 14,4 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Cari ilin ilk yarısında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən investisiyanın 1949,4 milyon manatı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.