30 Yanvar 2026 / 12:10

İQTİSADİYYAT NAZİRLİYİNİN MƏSUL ƏMƏKDAŞI 18 KQ QIZILIN GÜDAZINA GETDİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib. Tezadlar.az bildirir ki, Baş Prokurorluğun İstintaq İdarəsi bunu araşdırmaqdadır. Məsələ belədir: Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib. Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər. Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilİB.

Bununla da 18 kq-lıq qızıl Orucov Fuad Tofiq oğlunun qızıl kimi vəzifəsini və azadlığını əlindən aldı!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!