Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gəmilər uzunmüddətli müşahidədən sonra Fars adası yaxınlığında saxlanılıb
İran ordusu Fars körfəzində iki neft tankerini saxlayıb.
Tezadlar.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin Telegram kanalında məlumat verilib.
“İİKK Hərbi Dəniz Qüvvələri Fars körfəzi yaxınlığında yanacaq qaçaqmalçılığı ilə məşğul olan iki gəmini saxlayıb”, – məlumatda deyilir.
Gəmilər uzunmüddətli müşahidədən sonra Fars adası yaxınlığında saxlanılıb. Fars xəbər agentliyinin məlumatına görə, ələ keçirilən tankerlərdə bir milyon litrdən çox qaçaqmal yanacaq daşınıb. Əməliyyat zamanı gəmilərdə olan on beş dənizçi həbs edilib.
Hadisə Hörmüz boğazında başqa bir hadisə ilə bağlı xəbərlər fonunda baş verib. Daha əvvəl, 3 fevralda İran qüvvələrinin tankeri saxlamağa cəhd etdiyi, lakin gəminin itaətsizlik göstərdiyi və ABŞ hərbi gəmisinin himayəsi altında qaçdığı bildirilib. Bu hadisə ilə bağlı ABŞ və ya İran tərəfindən rəsmi təsdiq yoxdur.
E.ŞİRİNOV