Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İran Hörmüz boğazını uzun müddətə bağlaya bilməz. Bunu mollalar sözdə deyə bilər, amma reallıqda edə bilməz”- deyə hərbi ekspert Ədalət Verdiyev tezadlar.az- a bildirdi. Ekspert qənaətini belə izah edir: “İran hakimiyyəti bilməlidir ki, əksinə, ABŞ İranın 5-10 qismən yararlı döyüş gəmilərini dənizdə batıracaq. İran daha çox itirəcək, daha çox biabır olacaq. Onsuz da ABŞ aviadaşıyıcıları İran donanmasını vurmaq üçün akvatiriyada bəhanə axtarır və bu zərbələri endirməyə tam hazırdır. Əslində, İran tərəfindən Hörmüz boğazının bağlanması İsrailin ən böyük arzusudur, bu arzu ABŞ tərəfindən İranın daha ciddi itkilərə məruz qoyulmasından ibarətdir”.
Xarici mediada da İranın Hörmüz boğazını bağlamaq arzusunu, sadəcə, ABŞ və İsrailə acıq vermək, təhdid etmək kimi fikirlərinin cəmi hesab edirlər. Çünki belə olarsa, İran daha çox xarici ölkələrin iqtisadi maraqlarını tapdamış olacaq… İranın özünün də xarici ticarət dövriyyəsi bu boğazdan keçir.
A.Məmmədli