Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Elm və Texnologiya üzrə vitse-prezidenti Hüseyn Afşin ölkədə internetə çıxışın 23 yanvar cümə günü bərpa oluna biləcəyini bildirib.
Tezadlar.az bildirir ki, bu barədə “Dolat” portalı məlumat verib.
Afşin qeyd edib ki, İran istifadəçiləri üçün internetə çıxış həftəsonuna qədər “normal vəziyyətə” qayıdacaq. O, “rəqəmsal iqtisadiyyatda auditoriya və istehlakçılar üçün internetə çıxışın böyük əhəmiyyət kəsb etdiyini” vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarında etirazlar İranı bürüdü. Onlar iqtisadi böhran fonunda başladı, lakin sonra hökumət əleyhinə xarakter aldı və etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalara çevrildi.
İğtişaşlar zamanı İran hökumətinin internet və mobil telefon xidmətlərini bağladığı bildirilir. ABŞ prezidenti Donald Tramp nümayişçilər öldürüləcəyi təqdirdə İranı hərbi müdaxilə ilə hədələyib. 14 yanvarda o, “etibarlı mənbələrə” görə, İranın etirazçıları edam etməyəcəyini açıqlayıb.
17 yanvar tarixinə qədər İranda internetə çıxış qismən bərpa olunub.
E.ŞİRİNOV