Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2025 / 10:20

İran Natanzdakı nüvə obyektini hədəf alan İsrailin PUA-nı vurub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) İsfahan vilayətinin Kaşan şəhəri üzərində Natanzdakı nüvə obyektini hədəf alan İsrail pilotsuz təyyarəsini vurub.

Tezadlar.az bildirir ki, bu barədə əyalət qubernatorunun müavini Əkbər Salehi məlumat verib.

“Sionist rejimin (İsraili nəzərdə tutur – RED.) pilotsuz təyyarəsinin tutulması və məhv edilməsi bu səhər İİKK Aerokosmik Qüvvələrinin “Sevom-e Xordad” zenit-raket kompleksi tərəfindən Nətənzdəki nüvə obyektinin hava hücumundan müdafiə səviyyələrindən birində həyata keçirilib”, – İSNA agentliyi onun sözlərinə istinadən xəbər verir.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!