Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir”. Tezadlar.az IRNA agentliyinə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian belə deyib. O, əlavə edib ki, bu marşrutla bağlı İslam Respublikasının tələbləri də nəzərə alınıb. Sitat: “Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur”. Lakin İran Prezidenti bu tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını da bildirib. Lakin oş bu narahatlığın nədən qaynaqlandığını deməyib.
Rusiya mediası da İranın bu narahatlığından həvəslə yazır. Amma nəzərə almırlar ki, yüz illərdir bu və ya digər ərazilər Rusiyanın nəzarətində olub və heç bir təhlükəsizlik təminatı olmayıb, əksinə, Azərbaycan və Gürcüstanş Moldova, Ukrayna… elə Rusiyanın işğalına məruz qalıb… Zəngəzur dəhlizi isə de- fakto və de- yure Ermənistanın ərazisi sayılırsa, qoy bu ölkə də özü bu tikintini müəyyənləşdirsin…
A.Məmmədli