Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Hörmüz boğazından keçən hər barel neftə görə tranzit rüsumunu kriptovalyutada almağı planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi Həmid Hüseyniyə istinadən məlumat yayıb.
“İran boğaza daxil olan və çıxan yüklərə nəzarət etməlidir ki, bu iki həftə silah daşınması üçün istifadə olunmasın”, – Hüseyni qeyd edib.
Onun sözlərinə görə, hər bir tanker hakimiyyət orqanlarına elektron məktub göndərməklə öz yükü barədə bildirməlidir. Bundan sonra isə İran onları rüsum barədə məlumatlandıracaq. Rüsum rəqəmsal valyutalarda ödənilməlidir.