Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ-yə məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatında qeyd edilib. Sitat: “ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu “Black Hawk” və “Hercules-130″ helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib”. Daha əvvəl SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki ABŞ qırıcısını vurub.