Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Yanvar 2026 / 10:00

İran TŞ İran xalqının əsas qatillərinin adını açıqladı

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial media səhifəsində İsrailli Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampı İran xalqının əsas qatilləri açıqlayıb.

“İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq: 1 – Tramp, 2 – Netanyahu”, – Laricani yazıb.

Tezadlar.az xəbər verir ki, o, Trampın İrandakı etirazçılara müraciətinə cavab olaraq onları nümayişlərini davam etdirməyə çağırıb.

Bir müddət əvvəl “Reuters” agentliyi İran rəsmisinə istinadən iğtişaşlarda ölənlərin sayı barədə məlumat vermişdi. Onun sözlərinə görə, etirazçıların və təhlükəsizlik qüvvələrinin ölümünün arxasında terrorçular dayanır.

Daha əvvəl ABŞ prezidenti İrandakı etirazçıları hökumət binalarını ələ keçirməyə çağırmışdı. O, etirazçılara qarşı qisas tədbirləri dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşlərini ləğv etdiyini vurğulayaraq, “kömək yoldadır”, – deyə əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!