5 Fevral 2026 / 04:18

İran XİN ABŞ ilə 6 fevral danışıqlarının ləğv edilməsi ilə bağlı xəbərləri təkzib etdi

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ABŞ ilə danışıqlar, əvvəllər elan edildiyi kimi, cümə günü Omanda planlaşdırılıb.

“ABŞ ilə nüvə danışıqları cümə günü, saat 10:00 radələrində Məsqətdə (Omanın paytaxtı – RED.) planlaşdırılıb. Bütün lazımi tədbirləri gördüklərinə görə Oman qardaşlarımıza minnətdaram”, – Tezadlar.az xəbər verir ki, Əraqçı X-də yazıb.

Daha əvvəl Amerikanın “Axios” portalının jurnalisti mənbələrə istinadən bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı 6 fevralda Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib. “Axios”-un məlumatına görə, bu, tərəflərin danışıqların formatı barədə razılığa gələ bilməməsi ilə bağlıdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!