21 İyul 2025 / 12:31

İran XİN: Pezeşkianın müşaviri Putinə mesaj çatdırıb

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricani iyulun 20-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə İran prezidenti Məsud Pezeşkiyanın Rusiya rəhbərinə mesajını çatdırıb.

Tezadlar.az xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, danışıqlar konstruktiv keçib.

“Əli Laricani prezidentin xüsusi nümayəndəsi kimi mesajı çatdırıb və İran İslam Respublikasının regional inkişaf, beynəlxalq məsələlər və ikitərəfli əlaqələrə dair fikirlərini izah edib. O, Rusiya prezidenti ilə konstruktiv görüş keçirib və bu görüşdə geniş spektrli məsələlər, xüsusilə ikitərəfli münasibətlər və son üç-dörd həftə ərzində regionda baş verən hadisələr müzakirə olunub”, – diplomat həftəlik brifinqdə deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!