3 Aprel 2026 / 05:56

İranda ABŞ və İsrail hücumlarında 241 tələbə həlak olub

İran Təhsil Nazirliyi 28 fevraldan bəri ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi hücumlarda 241 tələbənin həyatını itirdiyini açıqlayıb.

Tezadlar.az bildirir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Təhsil Nazirliyi 28 fevraldan bəri davam edən ABŞ-İsrail hücumları ilə bağlı məlumat yayıb.

Hücumlarda indiyə qədər 134 oğlan, 100 qız və 7 məktəbəqədər uşaq olmaqla ümumilikdə 241 tələbənin həyatını itirdiyi, 178 tələbənin isə yaralandığı açıqlanıb.

Hücumlarda bu günə qədər 56 təhsil işçisinin həyatını itirdiyi, 763 təhsil müəssisəsinin, 15 mədəniyyət mərkəzinin, 22 idman salonunun və 7 tələbə düşərgəsinin zərər gördüyü qeyd edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!