12 Aprel 2026 / 09:44

İranda da heç kim görüşdə razılaşmanın əldə olunacağını gözləmirmiş…

“Heç kim bir görüşdə razılaşmanın əldə olunacağını gözləmirdi…”. Tezadlar.az xəbər verir ki, İran Dövlət Televiziyasının xəbərinə görə, bunu Pakistanin vasitəçiliyi ilə İslamabadda ABŞ-la keçirilən danışıqları şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. Sitat: “Əlbəttə, başlanğıcdan etibarən bir iclasda razılığa gələcəyimizi gözləməməli idik. Heç kimin belə bir gözləntisi yox idi”. İran XİN sözçüsü Pakistan və digər region ölkələri ilə birgə diplomatik səylərin davam edəcəyini də bildirib.

Bəs bundan sonra danışıqlar hansı istiqamətdə olacaq? Bu sual hələki açıq qalır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!