Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 İyun 2025 / 19:13

İranda ən azı 14 nüvə alimi həlak olub

İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 14 nüvə alimi həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, bomba yüklü avtomobilin partlaması nəticəsində bir neçə alim həlak olub.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” əməliyyatına başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirdi. İyunun 14-ü və 15-nə keçən gecə İsrail və İran yenidən zərbələr endiriblər. Hər iki tərəf bu hücumlar nəticəsində itki və tələfat barədə məlumat verib, öz ərazilərindəki bir sıra obyektlərin vurulduğunu etiraf edib, lakin zərərin məhdud olduğunu bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!