Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda 8 və 9 yanvar tarixlərində keçirilən kütləvi etirazlar zamanı ölənlərin sayı 30.000-ə çata bilər.
Tezadlar.az bildirir ki, bu barədə Amerikanın “Time” jurnalı İslam Respublikası Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinə istinadən məlumat verib.
Nəşr qeyd edir ki, “etirazlar zamanı o qədər çox insan öldü ki, təcili yardım xidmətlərində cəsəd torbaları qurtardı”. Nəşr iddia edir ki, təcili yardım maşınları əvəzinə traktor qoşqularından istifadə edilib.
Bundan əvvəl Britaniyanın “Daily Mail” qəzeti tibbi hesablamalara görə, 8-9 yanvar gecəsi İranda ən azı 16.500 etirazçının öldüyünü bildirmişdi. Yerli jurnalist Nazənin Ənsari hadisələri “İran Holokostu” adlandırmışdı.
İran xarici işlər naziri Abbas Əraqçi iğtişaşlarda 3000-dən çox insanın öldüyünü bildirib: 2427 mülki şəxs və təhlükəsizlik işçisi, 690 terrorçu.
İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başladı. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirdi və polis etirazçılara qarşı göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə etdi. Ölkənin Xarici İşlər Nazirliyi ABŞ və İsraili etirazlarda iştirak etməkdə günahlandırdı.
E.ŞİRİNOV