Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda hamı Trampın atacağı addımı gözləyir. ABŞ-ın hərbi qüvvələri tarix yazmağa hazırdır, amma… Axı Tramp dünən demişdi ki, kömək gəlir, möhkəm dayanın, yoldadır… Amma İran hakimiyyəti edama hazırlaşır. 10 min insanın həbs olunduğu deyilir…
İki gün əvvəl isə təkcə Məşhəd şəhərinin morquna 200 etirazçının cəsədi gətirilib. Yerli hakimiyyət dərhal cəsədləri dəfn edib. Rəşt şəhərinin meyitxanasına isə “Bəsic”in qatilləri 70 cəsəd gətiriblər. Öldürülənlərin nəşini valideyinlərə və yaxınlara verməyiblər. “Övladlarınızın cəsədlərini o halda alacaqsınız ki, bizim güllələrin pulunu ödəyəsiniz” – qəlbləri qırılmış valideyinlər bu cavabla qarşılaşıblar… (Mənbə – BBC)
İran faciəsi getdikcə dramatik hal alır. Və yalnız beynəlxaql güclər İran xalqını və regionu bu hakimiyyətdən xilas edə bilər!
Tramp isə hələki susur…
SƏBUHİ