Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Tehran və Kərəc şəhərlərində uranı zənginləşdirən sentrifuqalar üçün avadanlığın istehsal edildiyi obyektlər zərbələr nəticəsində zədələnib. Hər iki obyekt BAEA-nın (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarəti altında idi.
Tezadlar.az xəbər verir ki, bu barədə BAEA məlumat yayıb.
“Tehran obyektində qabaqcıl sentrifuqalar üçün rotorların istehsal olunduğu və sınaqdan keçirildiyi bir bina zədələnib. Kərəcdə müxtəlif sentrifuqa komponentlərinin istehsal edildiyi iki bina zədələnib”, – BAEA-nın X-dəki səhifəsində deyilir.
“BAEA-nın İrandakı iki sentrifuqa istehsalı obyektinin, Kərəcdəki TESA kompleksinin və Tehran Nüvə Tədqiqat Mərkəzinin vurulması ilə bağlı məlumatı var. Hər iki obyekt əvvəllər Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində BAEA-nın nəzarəti və yoxlaması altında idi”, – hesabatda deyilir.
E.ŞİRİNOV