Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İranda baş verən iğtişaşların ABŞ tərəfindən təşkil olunduğu sadəcə bir iddia deyil”. Tezadlar.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei “X”dəki hesabında yazıb. Onun fikrincə, ABŞ Prezidentinin etirazçılara çağırışı bu iddianı təsdiqləyir: “O, iğtişaşların iştirakçılarına müraciət edərək olduqca açıq danışırdı: “İrəli gedin, irəli gedin, mən sizin arxanızdayam”.
Bundan əvvəlki paylaşımında Xamenei İrandakı etirazların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən həyata keçirdildiyini bildirib.