Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az-a göndərilən açıqlamada deyilir: “İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Xidməti, Azərbaycan Respublikası mediasının İranda iqtisadi tələblər ətrafında başlayan, lakin bəzi xarici qüvvələrin birbaşa və aşkar təhriki ilə zorakılığa çevrilən etirazlarla bağlı müraciətlərinə cavab olaraq, ictimaiyyəti məlumatlandırmaq məqsədilə aşağıdakı faktları diqqətə çatdırır:
Sözügedən hadisələr 4 mərhələdə baş vermişdir:
Birinci mərhələ (28-31 dekabr): Mülki etirazlar – Bu mərhələdə nümayişlər bazar və bəzi gildiyalar səviyyəsində çox dinc və məhdud şəkildə keçirilmişdir. Bu səbəbdən, şəxsən cənab Prezident etirazçıların nümayəndələri ilə görüşərək onların tələblərinin qarşılanması yolları barədə fikir mübadiləsi aparmış; nazirlərə və valilərə gildiya nümayəndələri, eləcə də iqtisadi fəallarla dialoq qurmaq barədə tapşırıqlar vermişdir.
İkinci mərhələ (1-7 yanvar): Zorakı, lakin qeyri-silahlı etirazlar – İkinci mərhələdə, gildiyaların haqqlı tələblərindən sui-istifadə etmək məqsədi güdən yeni ünsürlər bəzi xalq kütlələrinin arasına sızaraq, zorakı hərəkətlərə yol vermişlər. Bu mərhələdə təhlükəsizlik qüvvələri zorakılığın kəskinləşməsinin qarşısını almaq üçün tam təmkinlə davranmışlar. Vəziyyət hələ də tam nəzarət altında idi. Bu qəbildən olan nümayişlər digər ölkələrin təcrübəsində də tez-tez müşahidə olunan hallardır.
Üçüncü mərhələ (8-10 yanvar): Silahlı zorakılıq və terror aktları (12 günlük müharibənin 13-cü günü) – Təəssüflə qeyd edilməlidir ki, bu mərhələdə terrorçu və silahlı ünsürlər aksiyaların dinc məcradan çıxararaq vəziyyəti kəskinləşdirmiş, itkilərin sayını artırmaq məqsədilə polisə və mülki vətəndaşlara qarşı həm odlu, həm də soyuq silahlardan istifadə etmişlər. ABŞ və İsrail tərəfindən koordinasiya edilən qüvvələrin təhrikedici fəaliyyətlərini sübut edən çoxsaylı video-görüntülər və sənədlər mövcuddur. Bu amansız silahlı qruplar xaos yaratmaq məqsədilə, habelə Sionist rejimin və ABŞ-ın İrana qarşı yönəlmiş 12 günlük hərbi təcavüz siyasətinin davamı kimi küçələrə axışaraq, ağır cinayətlərə və qan tökülməsinə rəvac vermişlər.
Dördüncü mərhələ (10 yanvardan etibarən): Nəzarətin bərqərar edilməsi – Dördüncü mərhələdə, təhlükəsizlik qüvvələri vəziyyəti tam nəzarətə götürmək, terrorçuların vətəndaşlara və şəhər infrastrukturuna vurduğu zərərlərin qarşısını almaq, habelə İran xalqının bədxahlarının mənfur terror planlarını puça çıxarmaq məqsədilə hərəkətə keçmişlər. Görülmüş operativ tədbirlər nəticəsində çox sayda terrorçu ünsür silahlı vəziyyətdə cinayət başında yaxalanmış və ölkədə asayiş tam bərpa edilmişdir.
Dəymiş zərər və tələfatın statistik mənzərəsi:
200-ə yaxın ticarət obyekti odlanmışdır.
İran İslam Respublikası xalqın dinc etiraz və qanuni tələb hüququnu tanımaqla bərabər, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə, xüsusilə dinc nümayişlər zamanı insanların can və mal təhlükəsizliyinin, ictimai mülkiyyətin və milli asayişin qorunmasına tam sadiqdir. Şübhəsiz ki, milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq, iğtişaşçılar, təxribatçılar və terrorçu ünsürlərə qarşı ən qətiyyətli tədbirlər görüləcəkdir”.