6 Aprel 2026 / 14:52

İranın mülki əhalisi İran rejiminin əsas qurbanıdır – Koşta

Mülki infrastruktura, xüsusən də enerji obyektlərinə endirilən bütün zərbələr qeyri-qanuni və qəbuledilməzdir, bu da həm Rusiyanın Ukraynadakı müharibəsinə, həm də bütün digər regionlara aiddir.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X”də yazıb.

“İranın mülki əhalisi İran rejiminin əsas qurbanıdır. O, hərbi əməliyyatın genişlənəcəyi təqdirdə də əsas qurban olacaq”, – paylaşımda bildirilir.

Koştanın sözlərinə görə, Yaxın Şərqdəki müharibənin beş həftəsindən sonra aydın olur ki, yalnız diplomatik həll onun köklü səbəblərini aradan qaldırmağa imkan verəcək.

Onun fikrincə, münaqişənin eskalasiyası atəşkəsə və sülhə gətirib çıxarmayacaq. Buna yalnız danışıqlar yolu, məhz regional tərəfdaşların rəhbərliyi altında göstərilən səylər sayəsində nail olmaq olar.

“İran Prezidenti Məsud Pezeşkianla bu yaxınlarda etdiyim telefon danışığında vurğuladığım kimi, Avropa İttifaqı İranı region ölkələrinə hücumları dərhal dayandırmağa və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin tam azadlığının bərpasını təmin etməyə çağırır”, – Koşta əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!