ABŞ İran torpağında quru əməliyyatı başlatmaq qərarına gələrsə, rüsvayçı məğlubiyyətlə üzləşəcək.
Tezadlar.az xəbər verir ki, bu xəbərdarlıq İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının TASS-ın istinad etdiyi xüsusi bəyanatında yer alıb.
Bəyanatda deyilir: “İstənilən təcavüz, quru əməliyyatı və ya düşmənin İranın istənilən hissəsinə nüfuz etməsi qəti və rüsvayçı məğlubiyyətlə qarşılanacaq”. Həmçinin qeyd olunur ki, İran silahlı qüvvələri və ölkənin səfərbər olunmuş milis qüvvələri düşməni dəf etməyə hazırdır.
Daha əvvəl ABŞ-ın təqaüddə olan polkovnik-leytenantı Daniel Devis ABŞ-ın İranda quru əməliyyatı başlatdığı təqdirdə fəlakətlə üzləşəcəyini bildirmişdi.
E.ŞİRİNOV







