Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Mart 2026 / 11:15

İranın və Azərbaycanın xarici işlər nazirlərinin telefon danışığı baş tutdu

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında mart ayının 23-də (bazar ertəsi) baş tutan telefon danışığı zamanı ABŞ və sionist rejimin İrana qarşı davam edən hərbi təcavüzü fonunda regionda cərəyan edən son proseslər, bu hadisələrin mümkün nəticələri, eləcə də bir sıra ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İranın Azərbaycandakı Səfirliyindən tezadlar.az-a verilən məlumata görə, İranın xarici işlər naziri ABŞ və sionist rejimin Xəzər dənizi ilə həmsərhəd əyalətlərə endirdiyi son zərbələrin müxtəlif aspektlərini şərh edərək, bu hücumların Xəzər dənizinin təhlükəsizliyi və ekoloji tarazlığı üçün yarada biləcəyi risklər, həmçinin ətraf bölgələrin iqtisadi fəaliyyətinə potensial mənfi təsirləri ilə bağlı xəbərdarlıq edib. O, bu kimi addımlara qarşı məsuliyyətli və prinsipial mövqenin nümayiş etdirilməsinin, hücumların pislənilməsinin və onların nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Nazirlər, həmçinin regionda baş verən proseslərin perspektivləri və Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin gündəliyində duran bəzi məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!