Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərin artıq həyata keçirilməsinə başlayıb”. Tezadlar.az “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Emənristandakı səfiri Kristina Kuinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiya və regional təhlükəsizliyin gücləndirilməsi” mövzusunda müzakirə zamanı bildirib. Kuiin deyib ki, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidirlər. Sitat: “Sülh nə qədər tez imzalanarsa, onun üstünlükləri də o qədər tez həyata keçiriləcək”. O, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına toxunaraq qeyd edib ki, münasibətlərin normallaşması təkcə hər iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.
Qeyd edək ki, ABŞ və Ermənistan Vaşinqtonda üç sənəd imzalayıb. Bundan əlavə, Azərbaycan və Ermənistan ABŞ-nin iştirakı ilə iki sənəd imzalayıb.