6 Fevral 2026 / 09:10

JURNALİSTLƏRİN HƏMKARLAR TƏŞKİLATI BİZDƏ VƏ ABŞ-DA!

Xəbər verdiyimiz kimi, ” Azərbaycan” nəşriyyatı əsaslı təmirə dayandırıldığından ( müddət bilinmir, halbuki AMEA və BDU- da olduğu kimi, mərtəbə- mərtəbə təmir aparmaq da mümkündür) uzun illər burada yerləşən redaksiyalar pərən- pərən düşüb, fəaliyyət üçün yer tapa bilmirlər…  Bəzi redaksiyalar isə təmir başa çatanadək jurnalistlərin fəaliyyətini faktiki dondurub. Lakin hamı bilməlidir ki, hər bir jurnalist həm də bir ailə dolandırıcısı idi. Niyə bəs bizdə Jurnalistlərin Həmkarlar Təşkilatı belə bir vəziyyətdə susmağa üstünlük verir?
Bəri başdan deyirəm ki, bu fikirlər adı çəkilən struktur-təşkilatda təmsil olunanları qınamaq üçün yıazılmayıb, amma belə bir ağlamalı vəziyyətdə jurnalistlərə ən azı mənəvi arxa durmaq lazımdır! Ən azı Həsən bəy Zərdabinin ruhu qarşısında borcumuzu yerinə yetirmək üçün! Hansı ki, hazırda nəşriyyatdan perik düşmüş jurnalistlər yuvası dağıdılmış qanadlılar kimidir- hara getmək, harda kollektivləşmək, harda komanda kimi işləmək???
Sosial mediada belə bir maraqlı statusa rast gəldim, kimin səhifəsində yazıldığını sonradan tapa bilmədim deyə, istinad edə bilmədim. Amma hamının oxuması məsləhətdir, xüsusən də jurnalistlərin həmkarlar ittifaqına, yaxud təşkilatına, komitəsinə… iddialıların.  SİTAT: “”The Washington Post” qəzeti 300-dən artıq işçisini (redaksiya heyətinin üçdə birini) ixtisar edib. Aləm dəyib biri-birinə. FT, Bloomberg, Reuters və digərləri elan verib bu jurnalistləri işə dəvət edirlər. Jurnalist həmkarları təşkilatları ixtisara düşən jurnalistlər üçün pulsuz yemək və müxtəlif məşğulluq proqramları təklif edirlər. WP-da iş təcrübəsi olanlar ulduz jurnalistlərdir, onlar işsiz qalmayacaqlar yəqin. Amma belə həmrəylik çox müsbət bir şeydir…”.

Əlavə şərh verməyə lüzum görmürəm…

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!