Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Mart 2026 / 18:32

İşbazlar Elektron Təhlükəsizlik Xidmətinin adından özəl kurslar təşkil edir –

Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən ETX-nin adından istifadə olunaraq kursların keçirilməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır.

Bu barədə  Tezadlar.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.

Elektron Təhlükəsizlik Xidməti rəsmi olaraq bildirir ki, ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.

ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.

Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda 1654 qaynar xəttinə və ya info@cert.az elektron poçt ünvanına məlumat versinlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!