11 Avqust 2025 / 17:14

İspaniyanın şimalında ilin ən böyük meşə yanğınları davam edir

İspaniyanın şimalında böyük meşə yanğınları davam edir.

Tezadlar.az xəbər verir ki, İspaniya hazırda ölkənin şimalında yerləşən Kastilya, Leon, Qalisiya və Navarra bölgələrində ilin ən böyük meşə yanğınları ilə mübarizə aparır.

Yanğınsöndürənlər Leon, Ourense, Navarra və Avila bölgələrində bir gün yarımdır davam edən yanğınlarını nəzarət altına almağa başlayıb.

Dünən axşam təhlükəsizlik məqsədilə təxliyə olunan 1500-dən çox sakin evlərinə qayıdıb.

Yanğınlara səbəb kimi yüksək temperatur göstərilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!