Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 İyun 2025 / 12:52

İsrail İran sakinlərinə müraciət edib

İsrail Müdafiə Qüvvələri İranın silah fabrikləri və ya anbarlarının yaxınlığında yaşayanlara evlərini tərk etməyi tövsiyə edib.

Tezadlar.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçai Adraei bildirib.

O, İran sakinlərinin öz təhlükəsizlikləri üçün bunu etməli olduğunu vurğulayıb. İsrail ordusunun sözçüsü qeyd edib ki, növbəti xəbərdarlığa qədər belə ərazilərdəki evlərə qayıtmağa ehtiyac yoxdur.

Qeyd edəkki, iyunun 13-də İsrail İrana qarşı əməliyyata başlayıb, nüvə obyektlərinə, hərbi bazalara və komanda heyətinə zərbələr endirib. “Aslan milləti” adlandırılan bu hücum, İsrail rəsmilərinə görə, Tehrandan artan nüvə təhlükəsinə cavab idi. İran da cavab olaraq İsrailə zərbə endirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!