Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 12:24

İsrail İrana atəşkəsi pozduğuna görə “sərt cavab” verəcək

Xəbər verdiyimiz kimi, müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə (İMQ) İrana atəşkəsi pozduğuna görə “sərt cavab” verməyi əmr edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Nazir Katz deyib ki, o, İsrail ordusuna Tehranın mərkəzindəki hədəflərə intensiv zərbələr endirməklə İranın atəşkəsi pozmasına “möhkəm” cavab verməyi tapşırıb”, – məqalədə qeyd edilir.

Nəşrin məlumatına görə, “atəşkəs qüvvəyə minməli olandan sonra” İrandan İsrailə iki ballistik raket atılıb. Hər iki raketin ələ keçirildiyi bildirilir.

Daha əvvəl İMQ İrandan yeni raket buraxılışının aşkar edildiyini bildirmişdi. Ölkənin Hərbi Hava Qüvvələri raketlərin qarşısını almaq və “təhlükəni aradan qaldırmaq üçün lazım olan yerlərdə” zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

E.ŞİRİNOV   

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!