Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Artıq ABŞ rəsmiləri də İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir Ki, ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib. Sitat: “ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir”.
ABŞ- ın Dövlət Departamentinin ABŞ səfirliyi əməkdaşlarının İraqı tərk etməsini əmr etməsinin səbəblərindən biri də budur. Bölgədə isə gerçəkdən gərginlik artmaqdadır. Bir tərəfdən də Rusiya- Uktayna müharibəsinin dayandırılması ilə bağlı Trampın cəhdlərinin boşa çıxması dünyanın hansı təhlükə ilə üz- üzə qalmasından xəbər verir.
A.Məmmədli