Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsveçli ekoloji fəal Qreta Tunberq İsraildən Fransaya uçur. O, artıq təyyarənin göyərtəsindədir.
Tezadlar.az bildirir ki, bu barədə TASS yəhudi dövlətinin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Tunberq iyunun 9-da Fələstin tərəfdarı olan digər fəallarla birlikdə “Madleen” yaxtasında Qəzza zolağının sahillərinə doğru yollanarkən saxlanılıb. Onlar fələstinlilərə humanitar yardım apardıqlarını iddia ediblər.
İsrail Tunberq və onun tərəfdarlarının İsrail sahillərinə çatmasına icazə verməyəcəyini və İsrailin dəniz blokadasının qırılmasına imkan verməyəcəyini bildirib. Hakimiyyət məhbusların deportasiya ediləcəyini bildirib.
E.ŞİRİNOV