Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, bu barədə beynəlxalq missiyanın informasiya komitəsi məlumat yayıb. “Al Mayadeen” telekanalının komitəyə istinadən yaydığı məlumata görə İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar aparır, su şırnaqlarından istifadə edir və saxlanılan fəallarla pis rəftar edir.
Qeyd edək ki, daha əvvəl dörd gəminin tutulduğu və 70 fəalın saxlandığı bildirilirdi. Donanmanın Türkiyə nümayəndəliyi də İsrailin gəmilərə hücumu ilə bağlı yazılı açıqlama verib. Açıqlamada, ümumilikdə 15 gəminin ələ keçirildiyi, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığı bildirilir.
Türkiyə hökumətinin gəmilərin azad edilməsi istiqamətində səyləri də gündəmdədir. Lakin İsrail hərbçiləri qanunsuz aparılan bu yardımın İsraildən razılıq alınmadan edilməsinə qəzəblənib, bunu ölkəyə sayğısızlıq kimi qiymətləndiriblər. İsrail hərbçiləri gəmidə hərbi sursatın ola biləcəyindən ehtiyatlanır.
A.Məmmədli