9 Fevral 2026 / 18:58

İsrail və İranın yeni müharibə ehtimalı belə qiymətləndirilib

Politoloq Aleksandr Asəfovun sözlərinə görə, İsrail İrana zərbə endirə bilər, lakin respublikaya qarşı quru əməliyyatı başlatması ehtimalı azdır.

Tezadlar.az xəbər verir ki, o, öz fikrini lenta.ru ilə bölüşüb.

“Bu (İsrailin İrana zərbə endirməyə hazırlığı – lenta.ru) İsrailin zərbə endirmək əzmindən, başqa bir şeydən xəbər verir. Zərbələr keyfiyyət, kəmiyyət və s. baxımından çox dəyişə bilər, amma müharibə adlandırıla biləcək bir münaqişədə, düşünürəm ki, bunu demək çətindir”, – Asəfov deyib.

O əlavə edib ki, İsrailin ambisiyaları nəzərə alınmaqla, İrana zərbə endirmək tamamilə mümkündür, lakin quru əməliyyatı ehtimalı azdır. Lakin o, İrandakı gərgin vəziyyətə görə bu gün hər hansı bir proqnoz verməyin çətin olduğunu etiraf edib.

Daha əvvəl İsrail ABŞ-ı İrana zərbə endirməyə hazır olması barədə xəbərdar etmişdi. “The Jerusalem Post” qəzeti İsrail Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirib ki, Tehran “ballistik raketlər üzrə qırmızı xətti keçərsə”, – Tel-Əviv belə bir addım atacaq. İsrail rəsmiləri amerikalı həmkarlarına İranın ballistik raketlərin hazırlanması və istehsalı proqramının ölkələri üçün mövcud təhlükə yaratdığını bildiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!