Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Su həyatdır! Xüsusən də yarıqumsal və qumsal əraizdə yerləşən İsrail üçün! Amma İsraildə maraqlı bir ənənə var: Sosial mediada deyilir ki, İsraildə qanuna əsasən, restoran və kafelərdə su pulsuz verilir. 1986-cı ildə qəbul edilmiş bu qanun iaşə müəssisələrinin sahiblərini müştərilərə soyuq içməli suyu pulsuz təqdim etməyə məcbur edir. Əks halda cərimə qaçılmazdır.
Məs müsəlman ölkəsi olan və təbii su qaynaqları-bulaqları, çayları, kəhrizləri… yetərincə olan Azərbaycanda necədir? Bircə faktı deyək ki, Bakıda 0.5 litrlik “Sirab” suyunun dükanlarda satışı 0,8-1 manat arasıdır, restoranlarda isə 150-2 manat. “İstisu”ya gəlincə, isə hazırda 1 litri dükanlarda 1,32-1,40 manata, restoranlarda isə 2-3 manata satılır.
Bu müsəlman ölkəsi olmayan İsrail, bu da müsəlman ölkəsi olan Azərbaycan?
Bəs su qıtlığı olan İsraildə suyun restoran və kafelərdə pulsuz verilməsinin fəlsəfəsi nədir? Adətən müsəlmanların bir misalı da var: “Yezitsən, suyu niyə kəsmisən, vermirsən?”.
Əlavə şərhə zərurət varmı?!
A.Məmmədli