Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın iki yüksək səviyyəli hərbçisi ölüb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə İranın Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, İsrailin hücumu nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əməliyyat məsələləri üzrə müavini general Mehdi Rəbbani və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin informasiya məsələləri üzrə müavini general Qulamrza Mehrabi ölüb.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı “Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildə hərbi obyektlərin vurulduğunu bildirib.