Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2025 / 11:49

İsrailin İranla müharibədən sonrakı planları üzə çıxdı

İranla silahlı münaqişə bitdikdən sonra İsrail Suriya və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa başlaya bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) yazır.

“Siyasi nöqteyi-nəzərdən İsrailin baş naziri Benyamin Netanyahunun İrandakı uğurundan sonra əldə etdiyi imkandan daha yaxşı şansı olmayacaq. O, Suriya ilə regional saziş bağlaya, Səudiyyə Ərəbistanı ilə dialoqa başlaya, girovları qaytara bilər”, – məqalədə deyilir.

Bildirildiyi kimi, ərəb ölkələri ilə “İbrahim sazişləri”nin mümkün genişləndirilməsi mövzusu Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə keçiriləcək danışıqlara həsr olunacaq. Amerika lideri ümid edir ki, İranla barışıq Yaxın Şərqdə daha uzunmüddətli sülh üçün əsas ola bilər, – nəşr qeyd edir.

Daha əvvəl məlum olmuşdu ki, İordan çayının qərb sahilindəki Hebron şəhərinin nüfuzlu şeyxləri “Hebron Əmirliyi”nin tanınması müqabilində İsraillə “İbrahim razılaşması”na qoşulmağın tərəfdarı olduqlarını bildiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!