10 Avqust 2025 / 20:37

İsrailin Qəzza ilə bağlı qərarı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

İsrailin Qəzza şəhəri üzərində tam nəzarəti bərqərar etmək və Fələstin anklavında hərbi əməliyyatı genişləndirmək qərarı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və sülh yolu ilə nizamlanma perspektivlərinə ciddi zərbə vurur.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

“İsrail rəhbərliyinin bu hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və onun həm beynəlxalq ictimaiyyətin çağırışlarına, həm də BMT Təhlükəsizlik Şurasının qərarlarına açıq məhəl qoymadığını nümayiş etdirir”, – Polyanski İsrail hərbi-siyasi kabinetinin qərarını şərh edərkən deyib.

Diplomatın sözlərinə görə, HƏMAS hərəkatını məğlub etmək və total nəzarəti bərqərar etmək üçün qoşun göndərmək planı “Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həlli perspektivlərinə son dərəcə ciddi zərbə vurur”.

Avqustun 8-i axşam saatlarında İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinin bütün ərazisini nəzarətə götürmək və Fələstin anklavında əməliyyatı genişləndirmək üçün təklif etdiyi planı təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!