Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında soyqırım törədən İsrail ordusunun həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 72.285 nəfərə çatıb.
Tezadlar.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumlarında ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.
Son 24 saat ərzində İsrail hücumlarında əvvəllər yaralanan 5 nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı bildirilib.
10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 709 nəfər həyatını itirib, 1928 nəfər yaralanıb və dağıntılar altından 756 cəsəd çıxarılıb.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72.285-ə çatıb, 172.028 nəfər yaralanıb.
Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.
E.ŞİRİNOV