ABŞ və İsrailin İrana qarşı davam edən hücumları səbəbindən hava məkanını uçuşlara bağlayan İraq bu müddəti daha 3 gün uzatmaq qərarına gəlib.
Tezadlar.az-ın məlumatına görə, İraq Mülki Aviasiya İdarəsinin yazılı açıqlamasında bildirilib ki, hava məkanını daha 72 saat uçuşlar üçün bağlı saxlamaq qərarı Yaxın Şərqdə davam edən gərginlik səbəbindən verilib.
Bəyanatda bu qərarın 3 aprel cümə günü yerli vaxtla saat 12:00-a qədər qüvvədə olacağı bildirilib.
İraq 28 fevralda ABŞ və İsrailin İrana hücumlarını pisləmək üçün hava məkanını 24 saat uçuşlar üçün bağladığını elan edib. O vaxtdan bəri bu müddət bir neçə dəfə uzadılıb.
E.ŞİRİNOV







