14 Noyabr 2025 / 21:34

İstanbulda iki uşaq və anaları midiya zəhərlənməsindən ölüb

İstanbulda üç Almaniya vətəndaşı, ehtimal ki, məşhur küçə yeməklərindən zəhərlənmədən ölüb.

Tezadlar.az bildirir ki, bu barədə 14 noyabrda Türkiyənin NTV portalı məlumat verib.

Becek ailəsi 12 noyabr gecəsi xəstələnib. Üç yaşlı Masal, altı yaşlı Kadir və anaları Çiğdem xəstəxanada ölüblər. Ata Servet ağır vəziyyətdə reanimasiyadadır.

İlkin məlumata görə, onlar ölümlərindən əvvəl düyü və kumpir (içlikli kartof) ilə midiya yeyiblər.

Polis “səhlənkarlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açıb. Midiya və kumpir satıcıları saxlanılıb və turistlərin getdiyi kafe istintaqa qədər möhürlənib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!