24 İyul 2025 / 12:25

İyulun 23-də DİN əməkdaşları 3 tondan çox çəkidə çətənə kolunu məhv edib, həmçinin…

Ötən gün DİN əməkdaşları yenə də xeyli çəkidə narkotikin aşkarlanmasına və satışının qarşısının alınmasına nail olublar.

TEZADLAR.AZ -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə və 1992 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 16619 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!