18 İyun 2023 / 09:28

JURNALİST AZAD EDİLMİŞ DOĞMA KƏNDİNİ ZİYARƏT EDƏRKƏN ÜRƏYİ DAYANDI

…”Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə bu gün Kəlbəcərdə- işğaldan azad edilmiş doğma kəndini ziyarət edərkən dünyasını dəyişib…

Bu barədə “Təzadlar”a jurnalistin yaxınları məlumat verib.
Allah rəhmət eləsin!
Mənfur ermənilərin 30 illik işğalı indi də o yurdun nisgilini ürəyində daşıyanlarımızı bir-bir sıramızdan aparır… Dözmək və mümkün qədər o yurdlara qayıtmaqla düşmənə sözümüzü həm də belə deməliyik…
Çox təəssüflər olsun, istedadlı və vətənpərvər jurnalistlərimizdən daha birini itirdik.
Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!